Bu gündən tələbələrin köçürülməsinə başlanılır.
Xezerxeber.az-ın məlumatına görə, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr iyulun 31-i saat 18:00-dək portaldan qeydiyyatdan keçə bilərlər.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov deyib ki, Türkiyədə və yaxud digər ölkələrdə attestatla ali məktəbə qəbul olunan tələbələrin Azərbaycandakı ali təhsil ocaqlarına köçürülməsi də mümkündür. Bunun üçün həmin tələbələr iki meyara uyğun gəlməlidirlər.
Agentlik rəsmisi əlavə edib ki, xaricdə təhsil alan gənclərin böyük əksəriyyəti dövlət sifarişi əsasında oxumadıqları üçün onlar köçürülmə zamanı ödənişli əsaslarla təhsil alacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.