Binəqədi - Gənclik istiqamətində hərəkət edən 133 saylı avtobusların fəaliyyətindən narazılıq var. Bəzi sərnişinlər kondisionerlərin işləmədiyini, avtobusların köhnə olduğunu və aradakı intervalın çox olduğunu deyirlər.
Xezerxeber.az-ın məlumatına görə, 133 saylı marşrut avtobuslarının sürücüləri isə bildirdilər ki, aradakı interval 7 dəqiqədir, kondisionerlər isə xarab olduğu təqdirdə düzəldilir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, "Çinar Trans" MMC-nin müvəqqəti istismarında olan və “Gənclik" metrostansiyasını "Binəqədi" qəsəbəsi ilə əlaqələndirən 133 nömrəli marşrutda 15 avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Günün pik saatlarında paytaxt yollarında yaranan nəqliyyat sıxlığı avtobuslararası intervalın pozulmasına gətirib çıxarır. Marşrut üzrə cəmi 1 avtobusda soyutma sistemi işləmədiyindən təmir üçün depoya göndərilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.