Xəzər Xəbər

Beynəlxalq səyyahların Qarabağa səfəri başlayıb VİDEO

Veb TV | 22:05 • 25 İyul 2024
Beynəlxalq səyyahların Qarabağa səfəri başlayıb

Bu gündən 13 ölkədən olan səyyahların Qarabağa səfəri başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, 4 böyük səyyah klubundan biri olan - "Most Traveled People" səyahət klubunun 35 nəfərlik geniş heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.

Səyyahlara Şuşa şəhərinin tarixi haqqında məlumat verilib.

Xarici qonaqlar şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olub, Şuşa qalasına baş çəkiblər.

Amerikalı səyyah bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səyahət onlara bu bölgənin tarixi haqqında çox şey öyrənmək imkanı yaradıb.

Onlar şəhərin tarixi əraziləri, həmçinin şəhər işğaldan azad olunandan sonra həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar. Ukraynalı səyyah Vlad Kibol işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinin sürətinə heyran qaldığını bildirib.

Nümayəndə heyəti daha sonra Ağdama gedib. Qonaqlar əvəlcə şəhərin dağıntıları ilə tanış olub, Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.

Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi işğaldan azad edilmiş ərazilərə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi qrupun səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərdə ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstanın da daxil olduğu 13 ölkədən səyahətçilər iştirak edirlər. Beynəlxalq səyyahlar sabah Şərqi Zəngəzura, iyulun 27-də isə Zəngilan və Cəbrayıla səfər edəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar