Güclü leysan bəzi bölgələrdə fəsadlar yaradıb.
Xezerxeber.az-ın məlumatına görə, ötən gün günorta saatlarından başlayaraq Oğuz rayonunda qeyri-sabit hava hökm sürür.
Güclü yağış nəticəsində rayon mərkəzindən 40-50 km məsafədə yerləşən Xaçmaz və Filfilli kəndlərinə sel gəlib. Qala çayından və kənd daxili çaylardan sel keçib. Çaylar məcrasından çıxıb, sel suları kənddaxili yolları yuyub. Sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib, ev quşlarını sel suları aparıb.
Selin yolları yuması səbəbindən rayon mərkəzinə gediş-gəlişdə çətinliklər yaranıb. Filfillidən 8 km məsafədə yerləşən Xaçmaz kəndində də bir sıra fəsadlar yaranıb.
Qəbələdə də güclü yağış Dəmiraparançay və digər iki böyük çaydan sel keçməsinə səbəb olub. Rayonun Abrıx kəndində sel suları bir sıra fəsadlara səbəb olub.
Abrıx və Tikanlı kəndlərinin seldən mühafizəsi üçün əraziyə texnika cəlb olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.