Xəzər Xəbər

Bakıda avtobus sürücüsü qıtlığı var VİDEO

Veb TV | 19:54 • 24 İyul 2024
Bakıda avtobus sürücüsü qıtlığı var

Paytaxt Bakıda avtobus sürücüsü qıtlığı yaşanır.

Təkcə "BakuBus"da 1 000 sürücüyə ehtiyac var. Bəs nəyə görə avtobus sürücü olmaq istəyənlərin  sayı azdır?

Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı AYNA-dan bildirildi ki, son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Bu da ictimai nəqliyyatda sürücü azlığına səbəb olub.

O da qeyd olunub ki, nümunəvi fəaliyyət göstərən avtobus sürücüləri aylıq mükafatlandırılacaqlar.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev isə qıtlığa bir neçə amilin səbəb olduğunu düşünür: “İşğaldan azad edilən ərazilərdə texnika ilə görülən işlərə sürücülər cəlb edilib. Eyni zamanda, şəhərdə də COP29-la bağlı işlərə də ciddi şəkildə işçi qüvvəsi cəlb olunub. Bu da ictimai nəqliyyatda boş yerlərin yaranmasına səbəb olub”.

Mövzu ilə bağlı “BakuBus”dan “Xəzər Xəbər”ə verilən məlumata görə, aprel ayının 1-dən etibarən "BakuBus"a sürücü olmaq üçün 318 nəfər müraciət edib və nəticəsində tələblərə uyğun gələn 166 namizəd işlə təmin olunub. İl ərzində isə 1 000 sürücünün işə götürülməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti