Tovuzun Bozalqanlı kəndində subartezian quyusu işləmir. Ona görə də sakinlər içməli su cəhətdən əziyyət çəkirlər.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, bu isti havada susuzluqdan əziyyət çəkirlər.
Hazırda sakinlər içməli su tələbatlarını maşınlardan satın almaqla ödəyirlər.
Sakinlər bildirirlər ki, xətt yükləndiyindən qurğunun elektrik paylayıcısının gücü çatmır. Nəticədə də subarteizan quyusunun mühərriki tez-tez sıradan çıxır.
"Azərişıq" ASC-dən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ araşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.