Qubada iki nəfər faciəvi şəkildə ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun “SMU 30” yaşayış massivində baş verib.
İddiallara görə, gecə saatlarında 37 yaşlı Mehyəddin Məmmədov və 32 yaşlı Aysel Əzizova qarajda olan minik avtomobilində boğulublar. Avtomobilin kondisionerinin işlək vəziyyətdə olması qarajda dəm qazının yığılmasına və faciəyə səbəb olub.
Onların meyitləri səhər saatlarında aşkarlanıb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.