Xəzər Xəbər

Mingəçevirdə bir qrup sahibkar podratçı şirkətdən pullarını ala bilmir VİDEO

Veb TV | 21:18 • 24 İyul 2024
Mingəçevirdə bir qrup sahibkar podratçı şirkətdən pullarını ala bilmir

Mingəçevirdə bir qrup sahibkar su və kanalizasiya xətlərinin yenilənməsi zamanı göstərdikləri xidmətlərin müqabilində podratçı şirkətdən pullarını ala bilmir.

Xezerxeber.az-ın məlumatına görə, onlar tikinti işləri zamanı podratçı şirkəti texnika və yanacaqla təmin ediblər.

Göstərilən xidmətlər rəsmi müqavilə bağlanaraq həyata keçirilib. 1 ildən artıqdır isə onlara ödənilməli olan vəsait verilmir.

Mingəçevirdə yaşayan sahibkarlar iddia edirlər ki, şəhərdə  aparılan su və kanlizasiya xəttlərinin yenilənməsi zamanı iş görən "Əmək mühəndisliyi" adlı podratçı şirkətin rəhbərləri onları aldadıb.

Sahibkarlar bildiriblər ki, dəfələrlə həmin şirkətin Bakıda yerləşən ofisində olsalar da, onlara müxtəlif vədlər verilib. Lakin problemləri öz həllini  tapmayıb.

Məsələdə adı hallanan "Əmək mühəndisliyi"şirkətinin rəhbərlərindən biri Sərdar Kaya ilə əlaqə  saxladıq. Şirkət rəhbəri “Xəzər Xəbər”ə bildirdi ki, sahibkarların söylədikləri borc məsələsi doğrudur. Bu problem 4-5 gün ərzində məsləhətləşmələrdən sonra həllini tapa bilər.

“Mən verdiyim vədə əməl edəcəm”,- deyə Sərdar Kaya bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar