Xəzər Xəbər

Bu ilin 6 ayında qatar vurması nəticəsində dörd nəfər həyatını itirib VİDEO

Veb TV | 21:45 • 23 İyul 2024
Bu ilin 6 ayında qatar vurması nəticəsində dörd nəfər həyatını itirib

Dünən axşam 19:50 radələrində Bakı - Sumqayıt istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Xırdalan stansiyasında olarkən bir azyaşlı uşaq valideyn nəzarətindən yayınaraq qəfil qatarın qarşısına qaçıb. Maşinist tərəfindən təcili tormozlanma aparılsa da, hadisə nəticəsində azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ilə bağlı danışan “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova bildirib ki, qatarda təcili tormozlanma apardıqda belə, onun dayanması üçün maşinistə 1 km məsafə lazım olur. Bu isə o deməkdir ki, dəmiryolu xətlərinə yaxın məskunlaşan şəxslər üçün təhlükə daha böyükdür.

ADY-nin sözçüsü deyib ki, bu ilin 6 ayı ərzində 6 belə oxşar hadisə baş verib, nəticədə 4 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.

Onun sözlərinə görə, dəmiryolları ilə obyektlər, yaxud yaşayış massivləri arasındakı məsafə əslində 25 metrdən -120 metrə qədər olmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti