Xəzər Xəbər

Yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşən evlər sənədləşdiriləcək? VİDEO

Veb TV | 20:44 • 23 İyul 2024
Yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşən evlər sənədləşdiriləcək?

Yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşən evlərin sənədləşdirilməsi asanlaşa bilər. Xezerxeber.az-ın məlumatına görə, artıq bir  müddətdir ki, yüksəkgərginlikli hava xətləri yeraltı kabellərlə əvəzlənir. Hazırda hava limanı, Zığ şossesi və 8 Noyabr prospektindəki 5 yerdə bu işlər icra olunur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, görülən bu işlər sayəsində sözügedən ərazilərdə tikilmiş çoxsaylı evlər üçün çıxarış problemi də öz  həllini tapmış olacaq.

Qeyd edək ki, yüksəkgərginlikli hava xətlərinin yeraltı kabellərlə əvəzlənməsi digər ərazilərdə də planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar