Xəzər Xəbər

Atanın öz övladını girov götürməsinin təfərrüatları məlum olub VİDEO

Veb TV | 20:28 • 23 İyul 2024
Atanın öz övladını girov götürməsinin təfərrüatları məlum olub

Bakıda atanın öz azyaşlı övladını girov götürməsinin təfərrüatları məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yaşayış binasında baş verib.

Məlum olub ki, Xosrov Əhmədov keçmiş peşəkar idmançı olub. Sonradan isə bir neçə cinayət əməlinə görə axtarışda imiş.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hadisəni törədən Xosrov Əhmədov bir neçə cinayət əməlinə görə axtarışda olub. Onu polis əməkdaşları saxlamaq istəyərkən öz övladını girov götürüb.

Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Xosrov Əhmədov buna məhəl qoymayıb. Ona görə də ətrafda olan şəxslərin və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, Xosrov Əhmədov polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, Xosrov Əhmədovun əvvəllər peşəkar idmançı olduğu bildirilib. O, ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olub və bir sıra beynəlxalq yarışlarda iştirak edib. O, "Beton Xosrov" ləqəbi ilə tanınıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti