Xəzər Xəbər

Un ucuzlaşıb VİDEO

Veb TV | 20:12 • 23 İyul 2024
Un ucuzlaşıb

Azərbaycanda un ucuzlaşıb. Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti enib.

Xezerxeber.az-ın məlumatına görə, topdansatışla məşğul olanlar bildirilər ki, iyulun 18-dən etibarən istehsalçılar unun qiymətini 1 manatdan çox azaldıblar.

Ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,8-28,5 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 28,3-29,5 manat təşkil edirdi.

Ekspert Əyyub Kərimli deyib ki, ölkədə unun qiymətinin azalması üçün bir sıra amillər mövcuddur.

Bəzi ekspertlər hesab edirlər ki, bir müddət  əvvəl daşıma xərclərinin artması buğdanın qiymətinin enməsi hesabına kompensiyasiya edilə bilər.Yəni daşımaya görə ölkədə qiymət artımı baş verməməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti