Xəzər Xəbər

Bakıda dəhşətli cinayət hadisəsi törədilib VİDEO

Veb TV | 23:25 • 23 İyul 2024
Bakıda dəhşətli cinayət hadisəsi törədilib

Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Ata iki övladını və özünü bıçaqlamaqda şübhəli bilnir.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Binə Südcülük sovxozunda gecə saat 1 radələrində baş verib. Əvvəlcə evini yandırmaq istəyən 50 yaşlı Rza Eyyubov sonra övladlarını bıçaqlayıb.

Hadisə baş verən vaxtı uşaqların anası işdə olub. Rza Eyyubov 10, 7 və 4 yaşlı 3 oğlan övladı ilə evdə olub.

Atasının onları bıçaqladığını görən 7 yaşlı uşaq isə çətin də olsa qaçaraq canını qurtara bilib. Qonşular hadisə yerinə təcili tibbi yardım və polis çağırıblar.

Hadisə şahidləri deyirlər ki, övladlarını bıçaqladıqdan sonra o özünə də şüşə və bıçaqla xəsarətlər yetirib. Hər üç yaralı Sabunçu Tibbi Mərkəzinə aparılıb. Bıçaqlanan 10 yaşlı uşaq yolda dünyasını dəyişib, Rza Eyyubov isə xəstəxanada ölüb. 4 yaşlı azyaşlı isə dərhal əməliyyat edilib.

Sabunçu Tibb Mərkəzindən bildirilib ki, yaralı azyaşlının vəziyyəti orta ağırdır.

Faktla bağlı  cinayət işi başlanıb, araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti