Xəzər Xəbər

Ağadadaş Ağayevin əlbəyaxa davasının GÖRÜNTÜLƏRİ

Veb TV | 15:07 • 23 İyul 2024
Ağadadaş Ağayevin əlbəyaxa davasının

Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.

Xezerxeber.az xəbər verir ki, Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha sonra Ağadadaş Ağayevin aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirməsi ilə bağlı yeni təfərrüat məlum olub.

Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən məsələ ilə bağlı bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

 

Xəbər lenti

Çox oxunanlar