Xəzər Xəbər

Şəmkirdə 25 yaşlı ərin 18 yaşlı xanımını bıçaqlaması hadisəsi ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:10 • 22 İyul 2024
Şəmkirdə 25 yaşlı ərin 18 yaşlı xanımını bıçaqlaması hadisəsi ilə bağlı TƏFƏRRÜATLAR

Şəmkirdə gənc cütlüyün mübahisəsi qanla nəticələnib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Hərbi Şəhərciyində, onların 3 aydır kirayədə yaşadıqları bina 9 mənzil 17-də qeydə alınıb.

İki ildir ailəli olan Yusif Məhərrəmov və Laləzər Əhmədova arasında mübahisə  yaranıb. Məlumata görə, mübahisə  qısqanclıq zəminində baş verib. Nəticədə 25 yaşlı ər 18 yaşlı xanımına çoxsaylı bıçaq xəsarətləri yetirib.

33 bıçaq xəsarəti alan gənc qadın ağır vəziyyətdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

25 yaşlı Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar