Xəzər Xəbər

Avtomobillərə çəkilən qoruyucu üzlüklərlə bağlı sürücülərə xəbərdarlıq: “Maddi ziyana sala bilər” VİDEO

Veb TV | 20:55 • 22 İyul 2024
Avtomobillərə çəkilən qoruyucu üzlüklərlə bağlı sürücülərə xəbərdarlıq: “Maddi ziyana sala bilər”

Avtomobilin detalına şəffaf qoruyucu plyonka çəkilir... Daha sonra isə  detalı kəsici alətlə sərt şəkildə cızmağa başlayırlar... Həmin detalda dərin cızıqlar əmələ gəlsə  də, qoruyucu vurulan hissə də isə nöqtə boyda belə iz qalmır...

Avtomobillərin xarici görkə mini qorumaq üçün vurulan bu şəffaf qoruyucu üzlüklər maşının əsl rəngini avtoyuma, çınqıl daşların dəyməsi və digər hallarda yaranan cızıqlardan müdafiə edir. Hətta yüngül yol-nəqliyyat hadisələrində  rəsngin zədələnməsinin də qarşısını alır.

Xezerxeber.az-ın xəbərinə görə, 15 ildir bu işlə  məşğul olan mütəxəssis Elşad Hacıəliyev deyir ki, hazırda bazarda Avropa, Amerika və Çində istehsal edilən plyonkalarla bu işlər görülür. Avropa və ABŞ məhsullarına 10 il, Çin məhsuluna isə istehsalçı 2-3 il zəmanət verir.

Elşad Hacıəliyev Avropa və ABŞ-da istehsal olunan üzlüklərdən istifadə etməyi tövsiyə edir.

Xəbər lenti