Son dövrlər Qəbələdə üçbucaq formada tikilən evlərə turistlər daha çox maraq göstərirlər. Hazırda belə evlərin günlük qiyməti 200 manatla 500 manat arasında dəyişir.
Xezerxeber.az-ın məlumatına görə, Qəbələnin Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsi yaxınlığında belə evlər daha çoxdur.
Əvvəllər burada 3-5 belə ev var idisə, indi yüzlərlə üçbucaq evlərə rast gəlmək olar. Bunun əsas səbəbi evlərin tez başa gələn olması ilə yanaşı, turistlərin bu tikililərə daha çox maraq göstərməsidir.
Hazırda sadə üçbucaq evlər 200-300 manata, daha yaxşı təchiz olunmuş isə 500 manata qədər qiymətlə təklif olunur.
Sahibkarlar qiymətlərin baha olmasını isə müxtəlif səbəblərlə izah edirlər. Bu tipli sadə evlərdə 4-6 nəfər, daha böyüklərində isə 3 ailə olmaqla 12 nəfərə yaxın insan qala bilir.
Bu evlərdəki hovuzlarda xüsusi mexanizmlidir.
Evlərin baha olmasına baxmayaraq, hələ ki, tələbat kifayət qədər yüksəkdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.