Abşeron rayon Masazır qəsəbəsinin sakinləri yük maşınlarından şikayətçidirlər.
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər iddia edirlər ki, küçədən yük maşınları kanalizasiya sistemini, yolu bərbad hala salıb.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etdik.
Ancaq bizə şənbə günü olduğuna görə suallarımıza cavab verə bilməyəcəkləri deyildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.