Evləri yanan ana və oğlu 16 gündür ki, çöldə qalır.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natiq Həşimi küçəsidir. Elza Balabəyovanın evi yandığından 2 həftədən çoxdur ki, övldı ilə birgə oturacağın üstündə gecələyir.
Ailə işıq pulunu ödəyə bilmədiyindən mənzilin elektrik enerjisi ilə təhcizatı da yanğından bir neçə gün əvvəl dayandırılıb.
Elza Balabəyova rəsmi qurumlara evinin təmir olunması üçün müraciət edib. Ancaq ona bildirilib ki,evinin təmir olunması üçün gərək büdcədən vəsait ayrılsın.
Elə anası qədər onun 11 yaşlı övladı da yanan evin təmir edilməsini istəyir.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirildi ki, məsələdən xəbərdardırlar. Dəfələrlə ana və uşağa qalmaq üçün sığınacaq təklif olunub. Ancaq onlar bundan imtina ediblər.
Qeyd olunub ki, şəraitlərinin yaxşılaşdırılmasıyla bağlı yenidən onlarla danışıq aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.