Xəzər Xəbər

Zooparka giriş bahalaşıb VİDEO

Veb TV | 21:17 • 19 İyul 2024
Zooparka giriş bahalaşıb

Bakı Zooloji Parkına giriş bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, bir müddətdir ki, qiymətlər həm ölkə vətəndaşları, həm də turistlər üçün bahalaşıb.

Əvvəllər böyüklər üçün 5 manat olan biletlər  indi 7 manatdan satılır. Parkı ziyarət etmək istəyən xarici turistlər isə bilet üçün 10 yox, 15 manat ödəməlidirlər.

Qeyd edək ki, uşaqlar üçün olan biletin qiyməti isə dəyişməyib.

Məsələ ilə bağlı Bakı Zooloji Parkından ''Xəzər Xəbərə'' şifahi olaraq bildirildi ki, qiymətlər yanvar ayından qalxıb. Qiymətlərin hansı səbəbdən qalxması barədə sualımıza isə elektron  məktubla müraciətimizdən sonra cavab veriləcəyi bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar