Xəzər Xəbər

Yol qəzaları 4 nəfərin həyatına son qoydu VİDEO

Veb TV | 20:29 • 19 İyul 2024
Yol qəzaları 4 nəfərin həyatına son qoydu

Bakı-Sumqaqyıt yolunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Xezerxeber.az-ın məlumatına görə, Bakı istiqamətində hərəkət edən avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində avtomobildəki sərnişinlərdən ikisi ölüb. Onların bir ailənin üzvləri olduğu məlum olub. Həyatını itirənlər Yusifova Südabə Əbdül qızı və onun nəvəsidir.

Şəmkirdə isə avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

Hadisə rayonun Sabirkənd kəndi yaxınlığında baş verib. Sürücü Sehun Hüseynov idarə etdiyi avtomobillə yolu keçmək istəyən kənd sakini İlham Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Saatlı rayonunun Əlisoltanlı kəndində qeydə alınıb. Yolu keçən kənd sakini 1964-cü il təvəllüdlü Əzizov Səxavət Abasət oğlunu avtomobil vuraraq öldürüb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirib ki, bu gün səhər saatlarında Saatlı rayon sakini 1964-cü il təvəllüdlü Savalan Feyzullayev idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada 1964-cü il təvəllüdlü Səxavət Əzizovu vurub. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti