Xəzər Xəbər

Dünyanın nəqliyyat-kommunikasiya sistemi çökdü VİDEO

Veb TV | 21:35 • 19 İyul 2024
Dünyanın nəqliyyat-kommunikasiya sistemi çökdü

Qlobal səviyyədə yaranmış texniki nasazlıq nəqliyyat-kommunikasiya sistemlərində problemlər yaradıb.

Xezerxeber.az-ın məlumatına görə,

dünyanın hər yerində öz təsirini göstərən nasazlıq nəqliyyatı, bankları, yayım şirkətlərini, xəstəxanaları və ödəmə sistemini iflic vəziyyətə gətirib.

Ən böyük ziyan hava yollarında müşahidə olunub.

Çox keçmədən məlum olub ki, hadisəyə səbəb ABŞ-nin kibertəhlükəsizlik şirkəti olan KraudStrayk-ın ehtiyatsızlığı olub.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, baş verən qlobal nasazlıq Azərbaycana təsir etməyib.  Çünki Bakı aeroportunun əməliyyatları "Amadeus" sistemi üzərindən həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuşlar həyata keçirən xarici aviaşirkətlərə gəldikdə isə, yalnız "Flynas"ın Ər-Riyad-Bakı-Ər-Riyad marşrutu üzrə uçuşu ləğv olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti