Xəzər Xəbər

Çaylarda boğulan iki nəfərin meyitləri tapılıb VİDEO

Veb TV | 19:44 • 19 İyul 2024
Çaylarda boğulan iki nəfərin meyitləri tapılıb

Lənkəranda 5 gün əvvəl balıq tutmaq üçün gedən və bir daha geri qayıtmayan  kişinin meyiti tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, Elşad Pənayevin meyiti Lənkərançayda aşkarlanıb.

Araşdırmalarla məlum olub ki, çayda tapılan meyit Lənkəran sakini 48 yaşlı Elşad Pənayevə aiddir. O, 5 gün əvvəl balıq tutmaq üçün qurduğu torları yığmaq məsqədilə Velədi kəndi ərazisindən keçən çaya gedib. Həmin gündən onun barəsində heç bir xəbər almaq mümkün olmayıb.

Yaxınları onun itməsi barədə aidiyyəti orqanlara məlumat veriblər və axtarışları aparılıb. Meyiti kənd sakinləri aşkarlayıb və hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, iki uşaq atası və balıqçı olan Elşad Pənayev uzun müddətdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Kür çayında  batdığı ehtimal olunan Zərdab rayon sakini 18 yaşlı Səid Seyidməmmədlinin  axtarışları da yekunlaşıb.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc- axtarış qrupu cəlb olunub. İki gün davam edən axtarışlardan sonra dalğıclar tərəfindən meyit  tapılıb.

Sudan çıxarılan meyit aidiyyəti üzrə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti