Xəzər Xəbər

FHN-nin əməliyyat görüntüləri

Veb TV | 11:50 • 19 İyul 2024
FHN-nin əməliyyat

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xezerxeber.az nazirliyə istinadən xəbər verir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə yeddimərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2021-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.

Xəbər lenti