Xəzər Xəbər

“SOCAR” neft-qaz şirkətindən enerji şirkətinə çevrilir VİDEO

Veb TV | 22:00 • 18 İyul 2024
“SOCAR” neft-qaz şirkətindən enerji şirkətinə çevrilir

"SOCAR 1 il yarımdan artıqdır ki, transformasiya edir.

Xezerxeber.az xəbər verir ki, neft-qaz şirkətindən enerji şirkətinə çevrilir. Hətta yaxın illərdə məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacayıq." Bunları SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı bildirib.

Bildirilib ki, Dövlət Neft Şirkəti Avropa bazarında karbon kreditlərinin növbəti satışına hazırlaşır. SOCAR karbon kreditləri ilə bağlı layihə həyata keçirib. Bu proses sızmaların aşkarlanması və aradan qaldırılması çərçivəsində həyata keçirilib. Nəticədə əldə edilən azalma həcmləri Almaniya bazarlarında satılaraq, SOCAR tərəfindən təkrar "yaşıl layihələr"ə sərmayə kimi cəlb olunub.

SOCAR-ın mətbuat katibi Orxan Hüseynov isə bildirib ki, "yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bakı buxtasının təmizlənməsi həyata keçirilir.

Orxan Hüseynov bildirib ki, təmizlənmə işlərinə bakı buxtası ərazisində sudabatmış və yarım batmış qurğuların, yəni tullantılar, gəmilər də daxildir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar