Xəzər Xəbər

Gələn aydan internetin qiymətinin dəyişəcəyi AÇIQLANDI - Qiymətlər nə qədər olacaq? VİDEO

Veb TV | 21:45 • 18 İyul 2024
Gələn aydan internetin qiymətinin dəyişəcəyi AÇIQLANDI - Qiymətlər nə qədər olacaq?

Xəbər verdiyimiz kimi, gələn aydan internetin qiyməti və sürəti artır. Avqustun 15-dən etibarən  "Aztelekom" və "Baktelecom"  genişzolaqlı internet tariflərinə dəyişiklik edəcək

Belə ki, şirkətlər Gbit/s tutumlu Passiv Optik Şəbəkə tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə artıracaq. Məqsəd isə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsidir. Buna görə də bu provayderlər internet qiymətinin artırılmasını  nəzərdə tutur.

Vətəndaşlar isə bildirirlər ki, bəzi provayderlərin internetində keyfiyyət və sürətlə bağlı problemlər var. Onların sözlərinə görə, aylıq ödənişə görə təklif olunan internetin keyfiyyəti fərqlidir.

Qeyd edək ki, qiymət dəyişiklikləri "Aztelekom"- un təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli  tarif paketlərini əhatə etməyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar