Xəzər Xəbər

Azərbaycanda Aİ-95 benzinin istehsal olunmağa başlandığı neft emalı zavodundan REPORTAJ VİDEO

Veb TV | 21:15 • 18 İyul 2024
Azərbaycanda Aİ-95 benzinin istehsal olunmağa başlandığı neft emalı zavodundan REPORTAJ

14 il əvvəl xaricdən ölkəyə idxal olunan Aİ-95 markalı avtomobil benzini, artıq ölkəmizdə avro-5 standartlarına uyğun istehsala başlayıb və satışa çıxarılıb.

Neft emalı zavodunun mühəndisi Oqtay Mürsəlov “Xəzər Xəbər”ə bildirib ki, avro-5 standartlarına cavab verən Aİ-95 markalı benzin satışa təqdim edilməzdən öncə labaratoriyada keyfiyyət testindən keçir.

Oqtay Mürsəlov onu da bildirib ki, hazırda Aİ-95 bazardakı tələbatı tam olaraq ödəyir.

Xatırladaq ki, daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiyməti 15 iyuldan etibarən 40 qəpik ucuzlaşaraq 1 manat 60 qəpik olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar