Xəzər Xəbər

Sökülən Cavanşir körpüsünün ərazisində yeniliklər NƏDƏN İBARƏTDİR? VİDEO

Veb TV | 21:10 • 18 İyul 2024
Sökülən Cavanşir körpüsünün ərazisində yeniliklər NƏDƏN İBARƏTDİR?

4 ay ərzində istifadəyə veriləcəyi deyilən Cavanşir körpüsünün yerləşdiyi ərazidə işlər davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat hərəkətini təmin edəcək.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki,  Cavanşır yol ötürücüsünun yerləşdiyi ərazidə yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir. İnşaat norma və qaydalarına əsasən, agentlik tərəfindən aparılan işlər çərçivəsində layihəyə uyğun olaraq yol ötürücüsü yerləşdiyi ərazidə asfatlanma işlərinə başlanıb. Aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat hərəkətini təmın edəcək. İşlər tərtib olunmuş qrafikə əsasən yerinə yetirilib yekunlaşması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə cavab vermədiyi nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti