Xəzər Xəbər

Bankdan iş qurmaq üçün kredit götürdü, evi qarət olundu – TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 20:55 • 18 İyul 2024
Bankdan iş qurmaq üçün kredit götürdü, evi qarət olundu – TƏFƏRRÜATLAR

"Bankdan iş qurmaq üçün kredit götürmüşdüm, onu aparıblar"...

Xezerxeber.az xəbər verir ki, Tovuz sakinin əvvəlcə evi qarət edilib, sonra yandırılıb. Hadisə Vaqif  küçəsində qeydə alınıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin  texnika və əməkaşları cəlb olunub, yanğın söndürlüb.Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Ev sahibi Abbasəli Məmmədəliyevin sözlərinə görə evdə saxladığı pulu iş qurmaq məqsədi ilə  bankdan kredit götürüb.

Oğurluq edərək evi yandırmaqda şübhəli bilinən şəxs saxlanıldı. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiklər tədbirlər nəticəsində həmin evin rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ələkbərov tərəfindən yandırıldığı məlum olub.

O, həmkəndlisinin evinə daxil olaraq oradan 39.000 manat oğurladıqdan sonra mənzili yandırıb. Bundan başqa araşdırma zamanı saxlanılan şəxsin digər cinayəti də aşkarlanıb. Teymur Ələkbərovun  iyul ayının 15-də rayon ərazisində daha bir evə daxil olaraq oradan pul və elektron saat oğurladığı, sonradan həmin evi də yandırmağa cəhd göstərdiyi müəyyən edilib.

Teymur Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb və oğurlanan pul vəsaiti maddi sübut kimi götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti