Xəzər Xəbər

Bakının daha bir prospektində hərəkətin təşkilində dəyişiklik edilir VİDEO

Veb TV | 20:06 • 17 İyul 2024
Bakının daha bir prospektində hərəkətin təşkilində dəyişiklik edilir

Bakının 8 Noyabr prospekti ilə Zığ-Aeroport şosesinin kəsişməsinə yaxın, geriyə və Gəncə prospekti istiqamətinə dönmək üçün istifadə olunan yarımdairə ləğv edilir.

Xezerxeber.az-ın məlumatına görə, sürücülərin geriyə dönməsi üçün isə bu yarımdairənin yaxınlığında daha bir dairə var.

Sürücülərin əksəriyyəti bildirir ki, həmin ərazidəki nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairənin ləğvi şose istiqamətində və əksinə, nəqliyyat sıxlığına səbəb olacaq.

Bəzi sürücülər isə bunun əksini düşünürlər. Onlar bildirirlər ki, yarımdairənin ləğvi sürücülərin digər dairəyə daxil olması ilə nəticələnəcək. Bu isə sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi cəhətdən daha yaxşıdır.

Yaxın günlərdə bu istiqamətdə təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti