Xəzər Xəbər

Şəhid ailələri üçün daha bir güzəşt təsdiq olundu VİDEO

Veb TV | 22:00 • 17 İyul 2024
Şəhid ailələri üçün daha bir güzəşt təsdiq olundu

Azərbaycanda şəhid ailələri üçün daha bir güzəşt təsdiq olunub.

Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanuna dəyişiklikləri təsdiq edib.

Əvvəlki qanunvericilikdə şəhid ailəsi statusu olmayan şəhid ailəsinin üzvləri mənzil növbəsinə dayanmaq hüququna malik deyildilər.

Son dəyişiklik şəhid ailələrinin müdafiəsinin daha da gücləndirilməsi və mənzil təminatlarının yaxşılaşdırılması baxımından vacib sənəddir. Gözlənilir ki, bu kateqoriyadan olan bütün vətəndaşlar 2025-ci ilin sonunadək mənzillə təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar