Xəzər Xəbər

"28" may metrostansiyası və Dəmiryolu vağzalının ətrafında işlər NƏ YERDƏDİR? VİDEO

Veb TV | 22:22 • 16 İyul 2024
"28" may metrostansiyası və Dəmiryolu vağzalının ətrafında işlər NƏ YERDƏDİR?

Səkilər sökülüb, bordurlar çıxarılıb.

Xezerxeber.az xəbər verir ki, söhbət  metronun "28 May" stansiyasının və Dəmiryol vağzalının qarşısındakı meydandandan gedir.

İş icraçılarından verilən məlumata görə, ərazidə sötüntü işləri artıq yekunlaşır.

Meydanının əvvəlki görkəmi dəyişəcək, daha işıqlı, ərtaf yaşıllıqlarla dolu olacaq. Binaların fasadı daha  müasir və  eyni rənglə bəzənəcək.

Astalt ortüyü ilə  yanaşı  müasir döşəmələrlə əhatə olunacaq. Piyada keçidləri rənglənəcək, yol örtüyü yenilənəcək.

Bir aydır hasarlanan meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 ha olan əsaslı təmir-yenidənqurma işləri  bu ilin payızında yekunlaşacaq.

Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən abadlıq işləri çərçivəsində sözügedən ərazinin ətrafında asfalt örtüyünün dəyişdirilməsi, velosiped zolaqlarının təşkil edilməsi nəzərdə tutulur.

Həmçinin Bakı Dəmiryol vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da yaradılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti