Xəzər Xəbər

“Özünü döymək, qan çıxarmaq əvəzinə bir insan xilas etmək” – Qanvermə aksiyasından TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 22:30 • 16 İyul 2024
“Özünü döymək, qan çıxarmaq əvəzinə bir insan xilas etmək” – Qanvermə aksiyasından TƏFƏRRÜATLAR

Aşura günü insanların özlərinə zərər vermələri, qan çıxarmaları qəbuledilməzdir.

Xezerxeber.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında deyib.

Şeyx özü də Aşura günündə ehtiyacı olan insanlara verilməsi üçün qanvermə aksiyasına qoşulub. Qan bankının əməkdaşları şeyxdən və ölkəmizdə olan dini icmaların rəhbərlərindən qan alıblar.

Daha sonra jurnalistlərə müsahibə verən Qafqaz Müsəlmanlar idarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, aşura günündə qanvermə təcrübəsi azərbaycanda başlayıb. İndi bu trendə həm türkiyə, həm də iran qoşulub. Orada da insanların bəziləri aşura günləri qanverirlər

Şeyx bildirib ki, təzəpir məscidindən əlavə ölkənin digər ərazilərində də qanvermə prosesi baş tutub. Bu il həm də ilk dəfə olaraq gövhərağa məscidində aşura yerinə yetirilib

Allahşükür Paşazadə işğaldan azad edilən ərazilərdə məscid və kilsələrin bərpasından da danışıb. Qeyd edib ki, ermənilər nəinki məscidləri, kilsələri də yararsız hala salıblar.

Qeyd edək ki, Azərbaycanda ötən il Aşura ilə əlaqədar 16 ünvanda keçirilən qanvermə aksiyasının əhatə dairəsi bu il genişləndirilərək 35-ə çatdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti