Xəzər Xəbər

"Bayati-şiraz"ı oxuyan özbəkistanlı müğənni DANIŞDI: “Gözəl olduğu qədər çətin olan əsərdir" VİDEO

Veb TV | 21:40 • 16 İyul 2024
"Bayati-şiraz"ı oxuyan özbəkistanlı müğənni DANIŞDI: “Gözəl olduğu qədər çətin olan əsərdir"

Özbəkistandakı yarışmada "Bayatı - şiraz" ifa edən özbək müğənni Dilnoza Əkbərova "Xəzər Xəbər"ə danışıb.

Azərbaycan muğamının şah əsərlərindən olan "Bayatı - şiraz"ı ifa edərək böyük alqışlar alan Dilnoza Əkbərova deyir ki, "Bayatı - şiraz" gözəl olduğu qədər ifası da çətin olan əsərdir.

“O səs Özbəkistan” yarışmasında jurilər arasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, xalq  artısti "Yalla" qrupunun rəhbəri Fərrux Zakirov və digər sənətçilər olublar.

Özbək ifaçının sözlərinə görə, əvvəllər  "Bayatı - şiraz"ı azərbaycanlı müğənnilərin ifalarında dinləyib və bəyənib.

Özbəkistanlı müğənninin ifası qısa vaxt ərzində sosial şəbəkələrdə minlərlə insan tərəfindən izlənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar