Xəzər Xəbər

Qəza zamanı yoldan keçən sürücülərə ÇAĞIRIŞ... VİDEO

Veb TV | 21:25 • 16 İyul 2024
Qəza zamanı yoldan keçən sürücülərə ÇAĞIRIŞ...

Qəza baş verən kimi yoldan keçən əksər sürücü avtomobili saxlayaraq sıxlıq yaradır.

Xezerxeber.az xəbər verir ki, bir çox hallarda məqsəd kömək etmək olsa da, bəzən gərəksiz yerə dayanıb, şəkil, video çəkən də olur. Hətta elə olur ki, əks istiqamətdə də gedənlər dayanaraq hadisəyə baxırlar. Nəticədə yolda uzun tıxac yaranır. Bu isə operativ nəqliyyat vasitələrinin hərəkətini ləngidir.

Bu kimi halları minimuma endirmək məqsədi ilə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. Müraciətdə bildirilib ki, yol-nəqliyyat hadisələri baş verdikdə bəzi sürücülər avtomobili saxlayıb hadisəni mobil telefonla qeydə alırlar.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov sürücülərə müraciət edərək bildirib ki, həm sıxlığın yaranmaması, həm də qəza zamanı lazımi şəxslərin hadisə yerinə vaxtında gəlməsi üçün bu kimi hallara yol verilməməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar