Xəzər Xəbər

Bakıda iki eyni nömrəli avtobusun iki fərqli istiqamətdə hərəkət etməsinə RƏSMİ CAVAB VİDEO

Veb TV | 21:09 • 16 İyul 2024
Bakıda iki eyni nömrəli avtobusun iki fərqli istiqamətdə hərəkət etməsinə RƏSMİ CAVAB

İyulun 1-dən 175 nömrəli müntəzəm marşurut xətt üzrə fəaliyyət göstərən avtobsuların nömrəsi dəyişdirilib.

Xezerxeber.az-ın xəbərinə görə, sonradan məlum olub ki, eyni nömrədə başqa marşurut  avtobusları da var.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Bakı şəhərində əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün yeni marşrut şəbəkəsi hazırlanıb.

Marşrut xətləri optimallaşdırılır. Bununla əlaqədar olaraq marşrut xətləri müsabiqəyə çıxarılaraq yenilənir. Yenilənmə zamanı şəhərdaxili, şəhərkənarı və qəsəbələrarası marşrutların fərqlənmələri üçün nömrələrində də dəyişilik edilir.

Hazırda cəmi 2 nömrə  təkrarlanır və bu tezliklə aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar