Xəzər Xəbər

3 müxtəlif rayonda baş verən bıçaqlanma hadisəsinin TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 23:30 • 15 İyul 2024
3 müxtəlif rayonda baş verən bıçaqlanma hadisəsinin TƏFƏRRÜATLARI

Oğul atasını bıçaqlamaqda şübhəli bilinir.

Xezerxeber.az xəbər verir ki, Ağdaşda 48 yaşlı kişi bıçaqlanıb. hadisəni törətməkdə isə oğlu şübhəli bilinir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon sakini, 21 yaşlı kənan zülfüqarovun münaqişə zəminində atası aqil zülfüqarovu bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib. kənan zülfüqarov şübhəli şəxs qismində saxlanıb, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub. faktla bağlı araşdırma aparılır.

Göygöldə isə  ailə münaqişəsi qanla bitib. Ər və arvad arasında yaranan mübahisənin böyüməsi 30 yaşlı qadını xəstəxanalıq edib. Hadisə Göygöl şəhər Üzeyir Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evində qeyd alınıb. Cavid Məmmədov ailə münasibətləri zəminində yaranmış münaqişə zamanı həyat yoldaşı Asimə Məmmədovaya bıçaqla bir neçə xəsarət yetirib. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qazax da bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gün saat 06:00 radələrində şəhərin Nəriman Nərimanov küçəsində  yerləşən  heyvan bazarında qeydə alınıb. Belə ki,1982-ci il təvəllüdlü Namaz Qədiməliyev şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bıçaqla 1981-ci il təvəllüdlü Adil Nəbiyevi vuraraq ağır xəsarət yetirib və hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Namaz Qədiməliyev Ağstafa rayonu Vurğun qəsəbəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti