Xəzər Xəbər

Bölgələrdə silsilə yanğın HADİSƏLƏRİ VİDEO

Veb TV | 22:30 • 15 İyul 2024
Bölgələrdə silsilə yanğın HADİSƏLƏRİ

Şəkidə yatdığı yerdə siqaret çəkdiyinə görə evi yanan 57 yaşlikişi xəstəxanada həyatını itirib.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun baş kəldək kəndində baş verib. Səhhətində son dövrlər bir az narahatlıq olan kənd sakini Mais Nəbiyev siqaret çəkərək yuxuya gedib və siqaret əlindən düşdüyünə görə, yataq alışıb, ev yanıb. Onun səsinə gələn ailə üzvləri və qonşular alovu söndürüblər.

Kişi ağır yanıq xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Saatlarla komada qalıb və bu gün günorta saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar