Xəzər Xəbər

Son günlər paytaxt bazarlarında xiyar və pomidorun bahalaşmasının SƏBƏBİ NƏDİR? VİDEO

Veb TV | 21:21 • 15 İyul 2024
Son günlər paytaxt bazarlarında xiyar və pomidorun bahalaşmasının SƏBƏBİ NƏDİR?

Paytaxt bazarlarında pomidor və xiyarın qiyməti artıb.

Xezerxeber.az xəbər verir ki, bir neçə gün əvvəl 70 qəpiyə satılan xiyar 1 manat 50 qəpiyə, 1 manata satılan pomidor isə 2-3 manata təklif edilir. Elə alıcılar da bu məhsullarda qiymət artımının olduğunu deyirlər.

Pomidor və xiyarda 2 dəfədən artıq qiymət artımının olduğunu satıcılar da təsdiqləyirlər. Onlar mövsümi tərəvəzlərin belə bahalaşmasını havanın tez-tez dəyişməsi ilə əlaqələndirirlər.

Satıcılar bildiriblər ki, yaxın günlərdə bu məhsulların yenidən ucuzlaşacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar