Xəzər Xəbər

TƏBİB sədri yenilənəcək 400-dən çox tibb məntəqəsi barədə "Xəzər Xəbər"ə DANIŞIB VİDEO

Veb TV | 21:15 • 15 İyul 2024
TƏBİB sədri yenilənəcək 400-dən çox tibb məntəqəsi barədə "Xəzər Xəbər"ə DANIŞIB

"TƏBİB regionlardakı ailə sağlamlıq mərkəzlərinin, tibb məntəqələrinin yenilənməsi üçün yeni layihələr həyata keçirir".

Bunu TƏBİB-in İdarə Heyətnin sədri Vüqar Qurbanov "Xəzər Xəbər"ə müsahibəsində deyib. O qeyd edib ki, yeni layihə ilk olaraq Abşeron rayonunda icra olunur.

Xəstəxanaların maddi-texniki bazasından da danışan Vüqar Qurbanov bildirib ki, Bakıdakı tibb müəssisələrində avadanlıqlar artıq tam yenilənib.

TƏBİB sədri Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadasının işindən də danışıb. O, təcili tibbi yardım mərkəzində çalışanlrın elmi biliklərinin və təcrübələrinin artırılması üçün təlimlər təşkil edildiyini bildirib.

Vüqar Qurbanov qeyd edib ki, Bakıda nəqliyyatın daha sıx olduğu pik saatlarda TƏBİB-in səyyar briqadaları fəaliyyət göstərəcək. Hazırda bununla bağlı işlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar