Xəzər Xəbər

Qəbul imtahanlarında qayda pozuntularına yol verənlər barədə RƏSMİ AÇIQLAMA VİDEO

Veb TV | 21:10 • 15 İyul 2024
Qəbul imtahanlarında qayda pozuntularına yol verənlər barədə RƏSMİ AÇIQLAMA

Ayaqqabının al hissəsini kəsərək oraya mobil telenonu yerləşdirib və imtahana gəlib... Bu şəkildə telefondan istifadə edərək suallara cavab yazıb ali məktəbə qəbul olmaq istəyib... Ancaq fəndi ortaya çıxan abituriyent imtahana girmək haqqını da itirdi...

Xezerxeber.az xəbər verir ki, ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları, elcə də III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə qəbul imtahanları keçirilib. DİM həmin gün imtahana girərkən bir iştirakçının öz mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərdiyinə dair video yayımlayıb.

Videodan aydın olur ki, imtahan iştirakçısı mobil telefonunu çox səliqəli şəkildə ayaqqabısının altında gizlədib. Buna baxmayaraq, imtahan zalına daxil olarkən, aparılan yoxlama zamanı onun bu "fənd"i işə yaramayıb.

DİM-nin rəsmisi Xanlar Xanlarzadə bildirib ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istərsə də imtahan zalında üzərində telefon aşkarlanan şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər.

Dövlət İmtahan Mərkəzi valideynləri də bu mövzuda ayıq-sayıq olmağa, övladlarını imtahan şansını itirməməmk üçün bu kimi hallardan yayındırmağa çağırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti