Xəzər Xəbər

Xəzərdə batan şəxsin axtarışına helikopter cəlb olunub VİDEO

Veb TV | 14:11 • 15 İyul 2024
Xəzərdə batan şəxsin axtarışına helikopter cəlb olunub

Ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Xezerxeber.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib. 
Bildirilib ki, batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Xəbər lenti