Xəzər Xəbər

Ət bahalaşıb - Səbəb nədir? VİDEO

Veb TV | 19:34 • 14 İyul 2024
Ət bahalaşıb - Səbəb nədir?

Ətin qiymətində artım müşahidə olunur.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, cari ilin iyun ayında əvvəlki aya nisbətən ətin qiyməti bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, alıcılar da ətin qiymətinin bahalaşdığını deyirlər.

Satıcılar isə qiymət artımının səbəbini keçən qurban bayramı və fəsillə əlaqələndirirlər.

Ekspertlər hesab edirlər ki, ətin qiymətinin artmasının əsas səbəblərindən biri də mal-qara üçün nəzərdə tutulan yem və dərman məhsullarının bahalaşmasıdır. Amma yay fəslindən sonra qiymətlərdə ucuzlaşma ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar