Xəzər Xəbər

Kür çayında batdıqları ehtimal olunan iki nəfər 42 gündür ki, tapılmayıb VİDEO

Veb TV | 21:49 • 14 İyul 2024
Kür çayında batdıqları ehtimal olunan iki nəfər 42 gündür ki, tapılmayıb

Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində avtomobildə çaya düşərək batdıqları ehtimal olunan 2 nəfər 42 gündür ki, tapılmayıb.

Xezerxeber.az-ın məlumatına görə, hazırda axtarışlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri, həmçinin SOCAR-ın Geofizika və Geologiya İdarəsinin xüsusi texniki vasitələri də cəlb olunub.

Dostların batdığı ərazidən üzü Şəmkir istiqamətində dalğıclar da axtarış aparır. Hələ ki 36 yaşlı Elxan Sadıqov və onun qohumu 35 yaşlı Tural Quliyev və onun idarə etdiyi avtomobil tapılmayıb.

Boğulduqları ehtimal olunan qohumların yaxınlarının sözlərinə görə, hər iki şəxsin tapılması üçün daha çox texnikaya ehtiyac var.

Nəqliyyat vasitəsini suya düşdükdən sonra Turqut İbrahimov üzərək sudan çıxa bilib. Onlarla birlikdə avtomobildə olan Vüqar Cəfərovun cəsədi isə iyun ayının 9-da tapılaraq tibbi ekspertizanın müvafiq qərarından sonra  ailəsinə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar