Xəzər Xəbər

Gedişhaqqı qalxır, amma xidmətin səviyyəsi hələ də aşağıdır: Köhnə avtobuslar nə vaxt yenilənəcək? VİDEO

Veb TV | 20:56 • 14 İyul 2024
Gedişhaqqı qalxır, amma xidmətin səviyyəsi hələ də aşağıdır: Köhnə avtobuslar nə vaxt yenilənəcək?

Bakının ictimai nəqliyyatında hələ də istismar müddətini başa vurmuş avtobuslar fəaliyyət göstərməkdədir.

Xezerxeber.az-ın məlumatına görə, gedişhaqqının artırılmasına baxmayaraq, sərnişindaşımada keyfiyyət hələ də norma vəziyyətə gəlməyib.

Şəhərin mərkəzindən paytaxtın ətraf kənd və qəsəbələrinə fəaliyət göstərən bəzi avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara cavab vermir.

Məsələn, 8-ci kilometr bazarından Sabunçu rayonunda yerləşən Şuşa qəsəbəsi və əks istiqamətdə fəaliyyət göstərən 214 nömrəli avtobuslar istismar müddətini çoxdan baş vurub.

Sərnişinlər deyirlər ki, avtobusların şəraiti ilə yanaşı, havalandırma siteminin də olmaması onların gedişinə çətinlik yaradır. Bu səbəbdən də xəttə daha müasir avtobusların buraxılmasını istəyirlər.

Bəzi sərnişinlər isə sözügdən avtobusların dayanacağındakı yükələmə aparatlarının olmamasından narazıdırlar.

Elə sürücülər də avtobusların komfortlu və daha müasirləri ilə dəyişdirilməsinin lazım olduğunu bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbərə" bildirildi ki, 214 nömrəli marşrut üzrə 18 ortatutumlu avtobus 5-7 dəqiqə intervalla fəaliyyət göstərir. Marşrut xətti üzrə günün pik saatlarında yollarda yaranan nəqliyyat sıxlığı bəzi hallarda hərəkət cədvəlinin pozulmasına səbəb olur. Daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyəti, sərnişin tələbatı nəzərə alınaraq nəqliyyat vasitələrinin sayının artırılması və yenilənməsi barədə tapşırıq verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar