Xəzər Xəbər

Bakıda evin içərisində neft qoxulu su qaynayır VİDEO

Veb TV | 20:28 • 14 İyul 2024
Bakıda evin içərisində neft qoxulu su qaynayır

Xətai rayonu, Nazim Şükürov küçəsi 3 B ünvanında yerləşən fərdi yaşayış evinin içərisində su qaynayır.  

Xezerxeber.az-ın məlumatına görə, 20 ildir ki, tikilmiş evin içərisində suyun çıxması səbəbindən ətrafı neft, mazut qoxusu bürüyüb.

Ev sahibi Təranə Bəşirova bildirir ki, neft qoxulu su evinin içərisindən 4 gündür ki, axıb gedir. Aidiyyəti orqanlara müraciət etsə də, bir xeyiri yoxdur.

Ərazidə yaşayan qonşular da bu haldan narahatdırlar, çünki artıq neft qoxulu suyun onların da evinin altına dolduğunu idda edirlər.

Biz hadisə yerində olanda oraya "Azərsu" ASC-nin əməkdaşları və texnikası gəldi.

Xətai su kanal idarəsinin ustası Rəfael Şirinov bildirdi ki, burada boru partlayıb. Xəttin üzərində tikililər var, ona görə də xətlərin üzərinə yük düşür. Həmçinin texnikayla qəza yerinə yaxınlaşmaq da mümkün deyil.

Beləliklə, ev sakinləri suyun kəsilməsini, ondan sonra qəza yerinin təyin olunub, təmir edilməsini gözləməlidir. Bütün bunlardan sonra isə döşəməsi sıradan çıxmış evin quruması, həmçinin bütün evi bürümüş neft qoxusunun çəkilməsinə zaman lazım olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti