Bu gün I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirilib.
Xezerxeber.az bildirir ki, imtahanda 30 mindən çox abituriyent iştirak edib.
3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv edilir və onlar ixtisas seçiminə buraxılmırlar.
İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 53 abituriyent də iştirak edib.
Bəzi abituriyentlər budəfəki imtahanın, xüsusən də riyaziyyat fənni üzrə sualların çətin olduğunu deyiblər.
İyulun 15-dən etibarən DİM-də imtahan protokollarının və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.