Xəzər Xəbər

Mingəçevirdə tibb işçilərinin maaşı azaldılıb ŞİKAYƏT/VİDEO

Veb TV | 20:23 • 13 İyul 2024
Mingəçevirdə tibb işçilərinin maaşı azaldılıb

Mingəçevirdə tibb işçilərinin maaşı azaldılıb, kartları isə hələ də verilmir.

Xezerxeber.az-ın məlumatına görə, bu iddia ilə Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları  çıxış  ediblər.

İşçilər bildirib ki, yeni yardılan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə işə qəbul ediliblər. Bundan sonra isə onların maaşında azalma olub, müəyyən güzəştlər hesablanmayıb.

İşçilər həmçinin bildirib ki, hazırda təcili yardım avtomobillərinin hamısı işlək vəziyyətdə deyil. Cəmi  3-4 maşınla şəhərdəki çağrışlarına gedirlər.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 200-dən artıq işçi çalışır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar