Xəzər Xəbər

Azərbaycanəsilli sürücü Ermənistan sərhədçiləri tərəfindən vəhşicəsinə döyülüb VİDEO

Veb TV | 20:06 • 13 İyul 2024
Azərbaycanəsilli sürücü Ermənistan sərhədçiləri tərəfindən vəhşicəsinə döyülüb

Azərbaycanəsilli sürücü Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən vəhşicəsinə döyülüb.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, hadisə "Nordoz" keçid məntəqəsinin sərhədindəki avtoparkda baş verib.

Erməni sərhədçilər İranın Xoy şəhərindən olan sürücünü milli mənsubiyyətinə görə döyüblər.

Hadisəyə səbəb Ermənistan tərəfinin İran vətəndaşlarının sərhəd zonasını keçməsinə icazə verməməsi, azərbaycanəsilli sürücüləri sıxışdırması və yalnız erməni sürücüləri buraxması olub. Nəticədə də sürücü ilə sərhədçilər arasında insident yaşanıb. İran mediası yazır ki, Amid Quluzadə adlı sürücü ilə bağlı hadisədən sonra İranın Ermənistandakı Baş Konsulluğu polisə rəsmi şikayət göndərərək, araşdırma aparılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.

Siyasi şərhçilər bildirirlər ki, həmin sürücü məhz milli mənsubiyyətinə görə döyülüb. Buna onu göstərir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində Ermənistan tərəfinə güvənməməkdə nə qədər haqlıdır.

Politoloq Züriyə Qarayeva da deyir ki, Ermənistan bu hadisə ilə nə qədər etibarsız tərəf olduğunu bir daha ortaya qoydu. Zəngəzur dəhlizində ayrıca üçüncü tərəfin təmin etdiyi təhlükəsizlik qaydaları və mexanizmi tətbiq olunmalıdır.

Politoloqun sözlərinə görə, ermənilərin sırf milli mənsubiyyət səbəbilə törətdikləri bu hadisə ilk deyil. Onlar belə hadisələri törətməklə xalq diplomatiyasına da ciddi zərər vururlər.

Züriyə Qarayeva bildirir ki, Zəngəzur dəhlizində təhlükəsizliyin təminatı üçün üçüncü tərəfin olması rəsmi İrəvanın gələcəkdə törətmək niyyətində olacağı istənilən təhdidin də qarşısnı alacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar