Xəzər Xəbər

Dənizdə batan üç yeniyetmənin ikisinin meyiti tapılıb VİDEO

Veb TV | 11:50 • 13 İyul 2024
Dənizdə batan üç yeniyetmənin ikisinin meyiti tapılıb

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında iyulun 11-də axşam saatlarında nəzarətsiz ərazidə dənizdə batmış üç nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xezerxeber.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, batdığı ehtimal olunan üçüncü şəxs – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir.

Xəbər lenti

Çox oxunanlar